Belarus prezidenti hələ ki tərəddüd içindədir.
ERtv-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Belarus prezidenti Aleksandr Lukaşenko hələ 2015-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyini bilmir..
“Bilmirəm, seçicilər məni seçəcək, ya yox? Heç növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyimi də bilmirəm. Onu Allah bilir. Hələ bu seçkilərə qədər yaşayaq, baxarıq. Baxırsan ki, adam gəzir, səhərisi gün isə ayağı yerdən kəsilir. Ona görə də, hər şey ola bilər” – A.Lukaşenko çərşənbə axşamı bəyan edib. Məlumatı Belta dövlət agentliyi yayıb.
“Son vaxtlar mənə seçkilərlə bağlı çoxlu suallar verməyə başlayıblar. Bəzilərinə də elə gəlir ki, mən bu suallardan narahat oluram. Buna qalsa, bilsinlər ki, prezidentlikdən çoxdan doymuşam” – o, sözlərinə əlavə edib.