Xəbərlər

Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycana 368 milyon dollar investisiya yatırıblar
11 dekabr, 2013 16:27

Bu gün Bakıda Azərbaycan Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat,ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 3-cü iclası keçirilib.

ERtv xəbər verir ki, Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevbildirib ki, 1994-cü ildə imzalanmış sazişə uyğu olaraq müştərək komissiya təsis edilib.

Nazir qeyd edib ki, ümumilikdə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün 10-dan çox sənəd imzalanıb.

Onun sözlərinə görə, ikitərəfli ticarət dövriyyəsi davamlı artıb.

Hazırda Azərbaycanda ticarət, bank, sığorta və digər sahələrdə 6 Səudiyyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir.

O, bu şirkətlər tərəfindən Azərbaycana 368 milyon dollar investisiya yatırıldığını qeyd edib.

Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya qurumunun sədri, Müştərək Komissiyanln həmsədriƏbdüllətif bin Əhməd Əl-Osman bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı daim  dəstəkləyir.

O qeyd edib ki, ölkələr arasında iqtisadi sahədə mühüm irəliləyiş var, amma bu qənaətbəxş deyil.

Onun sözlərinə görə, iki ölkə arasında 4 il ərzində ticarət dövriyyəsini  95 % artıb, 2012-ci ildə  26 milyon dollara çatıb.

Komissiyanın Səudiyyə Ərəbistanı tərəfindən həmsədri bildirib ki, ölkəsi Azərbaycanda bir sıra layihələri dəstəkləyib və bu layihələrə ümumilikdə  100 milyon dollar ayrılıb:

“Bizim Azərbaycanla iqtusadiyyat sahəsində arzu etdiyimiz səviyyə bundan artıqdır. Bu komisiya fəaliyyəti maksimum səviyyəyə qaldırmaqda israrlıdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.