Xəbərlər

Sığorta Agentlərinin II Milli Forumu keçirilir
11 dekabr, 2013 16:26

Bakıda Sığorta Agentlərinin ikinci Milli Forumu keçirilir.

ERtv-nin verdiyi forumda 250 sığorta agenti iştirak edir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov forum iştirakçılarının ilbəil artdığını və sığorta bazarının hansı istiqamətdə inkişafını müəyyənləşdirmək üçün belə forumlarının keçirilməsinin vacibliyini bildirib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin müdiri Mahir Abdullayev isə bildirib ki, hazırda Azərbaycan sığorta bazarında 748-i fiziki, 52-si hüquqi şəxs olmaqla 800 sığorta agenti fəaliyyət göstərir.

“2011-ci ildən sığorta agentləri artıb. Əgər fiziki şəxs kimi sığorta agentlərinin sayı 2011-ci ildə 108 nəfər idisə, 2012-ci ildə 597, 2013-cü ildə isə 748 nəfərə yüksəlib. Qanunvericiklə sığorta agentlərinin sayına məhdudiyyət qoyulmayıb və bazar artdıqca agentlərin də sayı artacaq”.

O, həmçinin çıxışında son zamanlar icad edilən “subagent” anlayışının qanunvericikdə yer almadığını, qanunvericiklə belə bir termin və fəaliyyətin müəyyən olunmadığını deyib.

M.Abdullayev çıxışında həmçinin sığorta agentlərinin sığorta fəaliyyəti haqqında qanunvericiliyə dəyişiklikdən sonra lisenziya müddətinin dəyişmədiyini, yalnız 3 ildən bir attestasiyadan keçməli olduqlarını xatırladıb.

O, sığorta agentlərinin bir neçə sığorta şirkətinə fəaliyyət göstərə biləcəyini qeyd edib.

Bu dəfəki forumun mövzusu 2014-cü ildə sığorta bazarında və sığorta agentlərinin fəaliyyətində baş verəcək keyfiyyət dəyişiklikləridir. Bura agentlərin bilik səviyyəsinin yüksəldilməsi, maarifləndirilməsi, satış texnologiya və texnikasının təkmilləşdirilməsi, daha keyfiyyətli satış üsullarında istifadə olunması və s. daxildir.

Bundan başqa forumda agentlər tərəfindən baş verən bəzi mənfi hallar, dələduzluq halları müzakirə ediləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.