Xəbərlər

İlham Əliyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib
10 dekabr, 2013 16:27

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Azərbaycan ilə Pakistanın qardaş və dost ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə davam etdiyini dedi.

Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda dəstəkləməsinin önəmini qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın gələcək illərdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirdi.

Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin regional əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını dedi. Səfirə Azərbaycandakı diplomatik fəaliyyətinə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ona gələcək işlərində də uğurlar arzuladı.

Səfir İkramullah Məhsud ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. O, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi.

Pakistanlı səfir ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.