Azərbaycanın güclü qonşuları var.
Hətta onlar o dərəcədə güclüdürlər ki, bəzən bu ölkəni mənimsəmək fikrinə də düşürlər.
ERtv xəbər verir ki, bunu “Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu”nun açılışında çıxışı zamanı Fransanın ölkəmizdəki səfiri Paskal Mönye deyib.
O bildirib ki, Azərbaycan öz iqtisadiyyatı və təbii sərvətləri ilə hər zaman böyük marağa səbəb olub. Belə ki, iqtisadiyyat, neft-qaz artan templə inkişaf edir:
“Burada neft digər sahələrin də inkişafına şərait yatadır. Deyim ki, “Şahdəniz-2” layihəsi üzrə danışıqlar artıq bitmək üzrədir. İnanıram ki, burada da Azərbaycan uğurlu danışıqlar aparacaq”.
Səfir bildirib ki, Azərbaycan çox sülhsevər bir ölkədir:
“Bunu Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə bir daha sübut edib. Baxmayaraq ki, bu Azərbaycan üçün ağır bir məsələ idi. Azərbaycan demokratiya nöqteyi-nəzərindən bir çox ölkələrə yaxşı nümunə göstərilə bilər. Ancaq düşünürəm ki, siyasət sahəsində daha uğurlu inkişaf üçün bir qədər də islahatlar keçirilməlidir”.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı