Rafiq Hüseynov: “Təxminən iki saata əməliyyat olunacağam”
10 dekabr, 2013 16:21
Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bu gün Türkiyədə əməliyyat olunacaq.
ERtv-nin APA-ya istinadən xəbərinə görə, Rafiq Hüseynov bildirib ki, həkimlər müayinənin nəticələrini tezliklə açıqlayacaqlar və günün ikinci yarısı onu əməliyyat edəcəklər:
“Özümü pis hiss etmirəm, səhhətim normaldır. İndi həkimlərin rəyini gözləyirik, cavab versinlər, təxminən iki saata əməliyyat olunacağam. Həyat yoldaşım və dostum mənim yanımdadırlar”.
Qeyd edək ki, R. Hüseynova ağ ciyər xərçəngi diaqnozu qoyulub.