Xəbərlər

Xanım Qafarovanın müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb
10 dekabr, 2013 16:20

Heydər Əliyev Fondu süd vəzisi xərçəngindən əziyyət çəkən Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarovanın müalicəsini üzərinə götürüb.

X.Qafarova ERtv-yə açıqlamasında məktubla fonda müraciət etdiyini və müsbət cavab aldığını deyib:

“Mənə Heyfər Əliyev Fondundan zəng gəldi ki, Mehriban xanım müalicəmlə bağlı bütün xərclərin qarşılanması ilə bağlı göstəriş verib. İnşallah, sabah səhər tezdən Türkiyəyə uçuram. Hansı xəstəxanada müalicə olunacağım isə bu gün axşam saatlarında bəlli olacaq.

Müalicəm iki həftə davam edəcək. O, Allahın izni ilə məni ailəmə, kiçik qızıma bağışladı. O qədər sevincli və inamlıyam ki, sanki heç xəstə deyiləm”.

Qeyd edək ki, Xanım Qafarova neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. Aktrisa xəstəliyi ilə əlaqədar 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.