Ketrin Eşton Ukrayna hakimiyyətini təmkinli olmağa çağırdı
10 dekabr, 2013 16:12
Avropa İttifaqı diplomatiyasının rəhbəri Ketrin Eşton Ukrayna hakimiyyətini “Batkivşina” ofisinə hücum xəbəri fonunda maksimum təmkinli olmağa çağırır və xəbərdarlıq edir ki, bu hadisələr danışıqlar prosesini poza bilər.
ERtv-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ketrin Eştonun bəyanatında deyilir.
Daha əvvəl “Batkivşina” partiyası bəyan edirdi ki, güc strukturları partiyanın ofisinə daxil olublar və oradan 2 server aparıblar.
Bəyanatda deyilir ki, xanım Eşton polis qüvvələrinin ən böyük müxalifət partiyası olan “Batkivşina”nın ofisinə girməsi barədə xəbərləri narahatlıqla izləyir. O, bunun danışıqlar prosesini pozacağından ehtiyat etdiyini bildirib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı