Deputatların maaşı artırılır
10 dekabr, 2013 16:10
Milli Məclis (MM) deputatlarının, o cümlədən, parlament rəhbərliyinin maaşı qaldırılır.
ERtv-nin Femida.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik ediləcək.
Maaş artımına əsasən, MM-in sədri 2250 manat (indiyədək 1950 manat olub), sədrin I müavini 2025 manat (indiyədək 1755 manat olub), Milli Məclis sədrinin müavini 1912,5 manat (indiyədək 1650 manat), Milli Məclisin komitə sədri 1800 manat (indiyədəkj 1560 manat olub), sıravi deputat isə 1575 manat (indiyədək 1365 manat olub) maaş alacaq.
Qeyd edək ki, layihə MM-in dekabrın 17-də keçirilən iclasında müzakirə olunacaq və yeni maaş bu il dekabrın 1-dən hesablanacaq.