Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək
08 dekabr, 2013 10:51
Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək.
ERtv xəbər verir ki, forum Səudiyyə Ərəbistanı Krallığı nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dekabrın 10-da baş tutacaq.
Forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq. Biznes forumda Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının dövlət strukturlarının nümayəndələri, 50-dək iri şirkətin rəhbərləri iştirak edəcək.