Azərbaycan XİN rəhbəri Qvineyaya yola düşüb
08 dekabr, 2013 10:48
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti 9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində "Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili" adı altında keçiriləcək İslam əməkdaşlıq təşkilatının xarici işlər nazirləri şurasının 40-cı sessiyasında iştirak etmək üçün Qvineyaya yola düşüb.
ERtv-nin XIN-in Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.