Dekabrın 9-da Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçiriləcəkdir. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılığı ilə nümayəndə heyəti təmsil edəcəkdir.
ERtv XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa İttifaqını hazırda bu qurumun sədri qismində çıxış edən Litva Respublikası, eləcə də Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle təmsil edəcəkdir.
Hazırki iclasa rotasiya prinsipi üzrə Azərbaycan sədrlik edəcəkdir.
İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Qonşuluq Siyasəti və “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının yardım proqramlarının və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulmuşdur.