Xəbərlər

Elşən Musayev: “Milli Şura” öz sonuna addım-addım yaxınlaşır...”
08 dekabr, 2013 10:46

“Radikal müxalifət yenə öz ampluasındadır.

Harda, kimdə nə görürsə dərhal realizə etməyə, özününküləşdirməyə çalışır. Məsələn baxır Ukrayna ayaq üstdədir, deyir bəlkə bunun bir başqa variantını da mən düzənləyim? Ya da tutaq ölkədə qiymət artımı olub, o dəqiqə düşünəcək ki, görəsən bu məqamdan öz məqsədlərim üçün lazımınca istifadə edə bilərəmmi? Və s, ilxaır. Yəni dediyim odur ki, bu zavallıların müstəqil ideyası belə yoxdur. O da oğurluqdur. Və ya ortalıqda bir başqa reallıq var. Hansı ki, gecindən də olsa siyasi rəqiblərimiz tərəfindən dərk edilməlidir: Özlərinin potensialı, istinad etdikləri xarici qüvvələrlə müqayisələri və nəhayət xalq arasındakı nüfuzları!” – Gun.Az xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev “Milli Şura”nın 15 dekabra təyin etdiyi mitinq qərarına münasibət bildirərkən söyləyib.

“Hələ içlərində bir-iki nağıl ustadı var, dünəndən başlayıblar ki mitinqimiz möhtəşəm olacaq, filan-feşməkan. Belə yerdə isə deyən lazım: Ay evi tikilmişlər, gedin bir mitinqinizi düzənləyin, sonra baxaq görək də...bu möhtəşəm imiş, yoxsa qeyri möhtəşəm. Və ya, hələ keçirilməmiş aksiyaya 8 gün öncədən möhtəşəmlik statusu vermək görəsən hansı fövqəl-istedadın qışqırtısı imiş? Hə?!

Bu müxalifətin beyni, təfəkkürü bilirsinizmi nəyi xatırladır? 5 yaşında uşağın həyat reflekslərini!. Nə etdikləri, nə edəcəkləri gerçəkdən artıq bu məzlumların “umurunda”deyil. Və ya, insan beyninin məhsulu olan ən ağıllasığmaz ideyalar, fantaziyalar belə bu zavallıları öz ağuşuna alıb istənilən yerə qədər daşımağa qadirdır. Məsələn... uşaqlıqda Jan Klod Van Dammın “Boksçu” filminə baxan hər kəs, film bitən kimi bağından-baxcasından “qruşa”asıb idmana, məşqə başladığı kimi, bizim müxalifətimiz də hansı ölkədə nə sentimental olay seyr etsə, görsə səhəri gün eyni şəkildə“hava”ya girib, təsirə düşüb, mitinq təyin edir. Həm də öz kimliklərini, real obrazlarını, 21 illik ənənəyə sığınan rüsvayçılıqlarını unudaraq!

Oysa, özlərini müqayisə etdikləri dövlətlərdə Əli Kərimli, İsa Qəmbər, Rüstəm İbrahimbəyov kimi siyasətçiləri yarım saniyə belə siyasətdə saxlamazlar, ilim-ilim itirərlər. İnanın!

Odur ki, Azərbaycan müxalifətinin ideyalarını, sərsəmləmələrini əvvəl olduğu kimi, indi də kimsə ciddiyə almasın. Onların“geri sayım”dövrü çoxdan başlayıb. “Milli Şura”öz sonuna addım-addım, qram-qram, nəfəs-nəfəs yaxınlaşır. Və, bundan sonra bir yox, lap yüz mitinq də keçirsə yenə durumu reablitasiya edə bilməyəcək” – deyə politoloq fikirlərinə davam edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.