Xəbərlər

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin növbəti iclası keçirilib
07 dekabr, 2013 10:46

6 dekabr 2013-cü il tarixində Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin növbəti iclası keçirilib.

ERtv Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, iclasda Dostluq Cəmiyyətinin sədri, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç, Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev, ictimai xadimlər, jurnalistlər daxil olmaqla, Cəmiyyətin 30-dən artıq üzvü iştirak edib.

Tədbiri açan Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin il ərzində həyata keçirdiyi fəaliyyəti və əldə olunmuş nəticələr haqqında tədbir iştirakçılarına məlumat verib.

Səfir K.Xasiyev çıxış edərək Xorvatiya ilə Azərbaycan arasında əlaqələrin son zamanlar surətlə inkişaf etdiyini, xüsusi ilə də qarşılıqlı səfər və ikitərəfli təmasların rolunu vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiyaya cari ilin 10-12 mart tarixlərində baş tutmuş səfərinin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini qeyd edib.

Əlavə olaraq, səfir Azərbaycanın zəngin tarixi və mədəniyyətindən söz açaraq, eyni zamanda gənc dövlətlər kimi Xorvatiya ilə Azərbaycan arasında oxşar məqamların çox olduğunu və bunun ölkələrimiz arasında daha da sıx münasibətlərin qurulması uçun möhkəm zəmin olduğunu söyləyib.

Tədbirdə Dostluq Cəmiyyətinin yeni üzvü, "Mən Azərbaycan haqqında nə bilirəm?" yarışmasının qalibi xanım İnes Beniç çıxış edib, Azərbaycana səfəri və təəssüratları haqqında iştirakçılara məlumat verib.

Tədbir Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinə yeni üzvlərin qəbulu və üzvlük kitabçalarının paylanması mərasimi ilə davam edib.

Daha sonra iştirakçılar Azərbaycan haqqında çəkilmiş qısametrajlı filmi seyr ediblər.

Yığıncağın sonunda Cəmiyyətin üzvləri və Səfirlik əməkdaşlarının iştirakı ilə kiçik ziyafət keçirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.