Xəbərlər

Nərgiz Paşayeva: İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədi vətəndaş cəmiyyətlərinə xidmət etməkdir
07 dekabr, 2013 10:42

İngiltərə-Azərbaycan Cəmiyyətinin (İAC) əsas məqsədi vətəndaş cəmiyyətlərinə xidmət etməkdir.

ERtv xəbər verir ki, bu sözləri Böyük Britaniya Parlamentinin İcmalar Palatasında keçirilən ənənəvi illik tədbirdə iştirak edən İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva AzərTAc-a müsahibəsində demişdir.
    
Nərgiz Paşayeva bildirmişdir ki, cəmiyyətə xidmət, insanların rifahı və əmin-amanlığı bütün ölkələr üçün vacibdir və bu prinsip İngiltərə-Azərbaycan Cəmiyyətinin də əsas məqsədlərindəndir. Cəmiyyət həmişə olduğu kimi, gələcəkdə də ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına xidmət edəcəkdir.

Professor vurğulamışdır ki, İngiltərə-Azərbaycan Cəmiyyəti  Britaniyada və Azərbaycanda vətəndaş cəmiyyətlərinin daha da yaxınlaşmasına xidmət edir.

Cəmiyyətin geniş əlaqələrindən bəhs edən Nərgiz Paşayeva, ölkəmizdə və Birləşmiş Krallıqda xüsusilə dövlət və hökumət qurumları  ilə sıx əməkdaşlıq əlaqələri qurulduğunu diqqətə çatdırmışdır.

Həmsədri olduğu təşkilatın həyata keçirdiyi müxtəlif layihələr haqqında məlumat verən professor Nərgiz Paşayeva, gələcəkdə də uğurla fəaliyyət göstərəcəklərinə ümidvar olduğunu bildirmişdir.

Professor Nərgiz Paşayeva Britaniyanın ənənələrə sadiq ölkə olduğunu, İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən keçirilən xeyirxah tədbirlərin davam edəcəyinə əminliyini ifadə etmişdir.

Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin idarə heyətinin üzvləri, Britaniyanın İcmalar Palatasının və diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.