Natalya Məmmədova “Omiçka”ya 100-cü qələbəsini qazanmağa kömək etdi
09 dekabr, 2013 19:47
Rusiya qadın volleybol Superliqasında 9-cu turun matçları baş tutub.
ERtv-nin verdiyi xəbərə görə, “Omiçka” öz meydanında “Ufimoçka-UQNTU”nu qəbul edib və 3:0 (25:17, 25:14, 25:20) hesabı ilə qalib gəlib.
Natalya Məmmədova komandasına bu oyunda 14 xal qazandırıb.
Bu, Superliqa çərçivəsində “Omiçka”nın 100-cü qələbəsi olub.