Bu il Ceyhan limanından 27 milyon tondan çox neft dünya bazarlarına çıxarılıb
09 dekabr, 2013 19:01
Bu ilin yanvar-noyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 27 milyon 69 min 219 ton olub.
ERtv Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, Ceyhan limanından 11 ayda dünya bazarlarına çıxarılan neftin 2 milyon 711 min 473 tonu noyabr ayının payına düşüb.
Noyabr ayında dünya bazarlarına çıxarılan həcmin 1 milyon 830 min 620 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-ci il dekabr ayının 1-ə qədər Ceyhan limanından 230 milyon 735 min 873 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.