Salyan-Lənkəran-Masallı bölgəsi istiqamətində “Cənub Mirvarisi” adlı ekoturizm və mədəni turizm marşrutu üzrə infotur keçirilib.
ERtv-nin verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi keçirilən infoturda 24 turizm şirkəti 15 nəfər media nümayəndəsi iştirak edib.
Belə bir infoturun keçirilməsinin məqsədi regionlarda yaradılan və müasir standartlara cavab verən, yerli və xarici turistlərə xidmət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin, eləcə də turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud olan digər xidmət sahələrinin turizm şirkətlərinə təqdim olunmasıdır.
İnfotur iştirakçılarına Lənkəran şəhərinin turizm xidməti obyektləri, “Hirkan” Milli Parkı, Masallıda yerləşən “Viləş” mehmanxanası, mətbəx və milli folklor nümunələri, turizm xidməti obyektləri və cənub bölgəsinin digər milli dəyərləri nümayiş etdirilib.