Xəbərlər

Azərbaycan kənd təsərrüfatı sahəsində İsrailin təcrübəsindən faydalanacaq
06 dekabr, 2013 12:58

Kənd təsərrüfatı naziri Heydər Əsədov İsrail Dövlətinin Səfiri Rafael Harpaz ilə görüşüb.

ERtv-nin verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri müzakirə olunub.

Nazir Heydər Əsədov əməkdaşlığın daha da inkişaf etdirilməsinin, İsrail təcrübəsinin Azərbaycanın kənd təsərrüfatında tətbiqinin vacibliyini qeyd edib.

Nazir “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Saziş”in imzalanmasının hər iki tərəfdən sürətləndirilməsini təklif edib.

O, bildirib ki, İsrailin yüksək səviyyəli təcrübəsindən faydalanmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti İsrailə, yaxud da İsrailin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyinin mütəxəsisləri Azərbaycana ezam olunmalıdırlar.

Onun sözlərinə görə, kənd təsərrüfatı kooperativlərinin yaradılmasında İsrail təcrübəsindən yararlanmaq vacibdir.

Nazir suya qənaət edən texnologiyalar sahəsində - damcı üsulu ilə suvarma texnologiyaları, Azərbaycanda kənd təsərrüfatı heyvanlarının cins tərkibinin yaxşılaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Süni Mayalama Mərkəzinin İsrailin müvafiq qurumu ilə əməkdaşlıq əlaqələrinin yaradılmasını təklif edib.

Səfir Rafael Harpaz İsrailin özəl sektoru ilə əməkdaşlığa geniş imkanların olduğunu qeyd edərək, Azərbaycan ilə İsrail iş adamları arasında biznes görüşlərinin təşkilinin vacibliyini bildirib.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.