Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərləri dialoq mexanizminin qurulmasına qərar verib
06 dekabr, 2013 13:09
Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri üçtərəfli formatda dialoq mexanizminin qurulmasına qərar verib.
ERtv “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu barədə Azərbaycan, Türkiyə və Türkmənistandan olan həmkarları ilə Kiyevdə ATƏT Nazirlər Şurasının iclası çərçivəsində görüşdə razılığa gəlinib.
“Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran üçtərəfli formatına paralel olaraq, Türkiyə-Azərbaycan-Türkmənistan formatında da XİN rəhbərlərinin müzakirələrinin aparılması qərara alınıb”, - nazir deyib.
Ə.Davudoğlu ilk görüşün Türkmənistanda keçirilə biləcəyini vurğulayıb.