Xəbərlər

Elçin Mirzəbəyli: “Xədicə İsmayılın bu davranışı peşəkar jurnalistika üçün ləkədir”
06 dekabr, 2013 13:08

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın “İşdən sonra” verilişində Müsavat başqanı İsa Qəmbərlə müsahibə zamanı özünü siyasi tərəf kimi aparması kəskin tənqid olunmaqdadır.

Bu məsələyə münasibətini bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın aldığı təlimat və sifariş əsasında belə davrandığını deyib:

“Xədicə İsmayılın İsa Qəmbərlə müsahibə zamanı sərgilədiyi tərz, tutduğu mövqe bir daha təsdiqlədi ki, özünü jurnalist sayan bu kəs aldığı konkret sifarişin yerinə yetirilməsi ilə məşğuldur.

Həmin müsahibədə özünü maraqlı siyasi tərəf kimi aparan bu şəxs açıq göstərdi ki, ona yaradılmış şəraitdən faydalanaraq, konkret desək, Əli Kərimlinin təlimat və sifarişi əsasında hərəkət edir.

Hətta onun bu icraçılığı elə bir həddə çatıb ki, sifarişli davranışını hansısa vasitələrlə pərdələməyə belə ehtiyac görmür. Sifarişin icrasına aludəçiliyi Xədicə İsmayıla bütün mənəvi dəyərləri bir kənara atdırıb.

Bu “jurnalist” hətta psixoloji baxımdan ağır durumda olduğu zaman ona mənəvi dəstək verənlərə qarşı da çox asanlıqla hücuma keçə bilir. Sırf media baxımından dəyərləndirsək, Xədicə İsmayılın bu davranışı peşəkar jurnalistika üçün ləkədir və bir an öncə təmizlənməsi lazımdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.