Xəbərlər

Kürün deltasında hidroloji tədqiqat və ölçmə işləri aparılıb
06 dekabr, 2013 13:04

Bu ilin oktyabr ayında növbəti dəfə Kür çayının deltasında hidroloji tədqiqat və ölçmə işləri aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ERtv-yə verilən məlumata görə, nazirliyin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən aparılan hidroloji tədqiqat və ölçmə işləri nəticəsində Kür çayının mənsəb hissəsində axıma nəzarət etmək məqsədilə çayda və onun deltasında suyun ümumi sərfi, qollarda paylanması, orta axın sürəti, habelə dərinlik ölçüləri müəyyən edilib.

Qeyd edək ki, ölçmələr zamanı çayda orta maksimal dərinliyin 5,65-8,55 m, Bala Kürdə 3,3-4,6 m, Ana Kürdə 2,56-3,44 m olduğu müəyyən edilib. Eyni zamanda, yeni açılmış kanalın girişində dərinliyin 3,59-6,09 m, kanalın sonlarında 3,13-4,62 m olduğu, yeni kanaldan dənizə doğru isə təxminən 1 km məsafədə dərinliyin 4,21-4,37 m-dək azaldığı müşahidə olunub. Ölçmə zamanı Xəzər dənizinin səviyyəsi 26,66 m BS təşkil edib.

Hazırda Kür çayının mənsəb hissəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən lilsoran gəmi ilə dib dərinləşdirmə işləri aparılır.

Ölçmələr nəticəsində müəyyən edilib ki, 2012-ci illə müqayisədə 2013-cü ildə Kür çayında suyun sərfi 11 faiz çox olub, Kür çayına daxil olan ümumi suyun paylanma sərfi Bala Kürdə 60 m3/s, Kürün əsas qolunda 95 m3/s təşkil edib.

Ana Kürdən Qoltuq körfəzinə açılan təbii qollara axım isə səviyyənin aşağı olması səbəbindən tamamilə dayanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.