Kiyevin mərkəzində müxalifət barrikadalara toplaşır
06 dekabr, 2013 13:02
Kiyevdə nümayişçilər Azadlıq Meydanı tərəfdən İnstitut küçəsinə tərəf sıxlaşırlar.
ERtv-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, buna səbəb Meydandakı aksiya təşkilatçılarından birinin səhnədən “Berkut” döyüşçülərinin aksiyanı dağıdacağı barədə etdiyi bəyanat olub.
İnsanlar Azadlıq Meydanından barrikadalara tərəf hərəkət edirlər. Təşkilatçılar həm də bildiriblər ki, bu, etirazçılar arasında panika yaratmağa yönələn dezinformasiya da ola bilər.