Nelson Mandela öldü
06 dekabr, 2013 13:02
CAR-ın sabiq prezidenti və Nobel sülh mükafatı laureatı Nelson Mandela vəfat edib.
ERtv-nin Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə respublikanın hazırkı prezidenti Ceykob Zuma məlumat verib.
Reuters-in yazdığına görə, 95 yaşlı Mandela uzun sürən xəstəlikdən sonra Yohannesburqdakı evində canını tapşırıb. Hüquq müdafiəçiləri onun ağciyər infeksiyasından əziyyət çəkdiyini bildiriblər.
Nelson Mandela 1918-ci ildə CAR-ın cənub-şərqində dünyaya gəlib. Mandela Afrika Milli Konqresinin (AMK) Gənclər Liqasının üzvü olub və irqi ayrı-seçkiliklə mübarizə aparıb. 1966-cı ildə həbs olunub və ömürlük məhkum edilib. 1993-cü ildə Nobel sülh mükafatına layiq görülüb. 1994-cü ildə CAR-ın ilk qaradərili prezidenti seçilib.