Xəbərlər

Millət vəkili yenidən İstanbula gedib
04 dekabr, 2013 17:26

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə Üçüncü Xəzər Forumunda iştirak etmək üçün İstanbula gedib.

ERtv xəbər verir ki, A.Mollazadənin İstanbula növbəti səfəri haqqında məlumatı DİP-in mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunur ki, sözügedən forumda iştirakçı dövlətlərin liderləri Xəzər regionu ilə bağlı məsələləri müzakirə edəcəklər.

Forumun ilk günündə “Geniş Xəzər regionunda kapital bazarının inkişafı”, ikinci günündə isə “Xəzər tranzit dəhlizi: İpək Yolunun dirçəlişi” və “Cənub dəhlizi: Regional enerji resursları üçün əsas kəmər” mövzuları müzakirəyə çıxarılacaq.

Ayrı-ayrı dövlətlərin liderləri, siyasətçilər, elm adamları, biznesmenlər və media rəhbərləri sözügedən mövzular ətrafında diskussiyalar aparacaqlar.

A.Mollazadə ötən ay İstanbulda keçirilmiş Atlantik Şurasının Enerji və İqtisadi sammitində də iştirak edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.