Məhkəmə Administrasiyası üzrə Beynəlxalq Assosiasiyanın baş icraçı direktoru Cefri Aperson və Məhkəmə Administrasiyası üzrə Beynəlxalq Assosiasiyanın Mərkəzi Asiya-Hindistan üzrə vitse-prezidenti Eldar Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.
ERtv AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:
“Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən böyük qürur duyuruq.
Xalqın böyük inamı Sizin gənc Azərbaycan dövlətinin güclənməsinə və inkişafına, iqtisadiyyatın sürətlə artmasına və Azərbaycanın dünya ictimaiyyətinə fəal inteqrasiyasına istiqamətlənmiş siyasi kursunuza seçicilərin dəstəyinin göstəricisidir.
Son illərdə Azərbaycan Sizin rəhbərliyinizlə yüksək iqtisadi nəticələr əldə etmiş və təkcə regionda deyil, bütün dünyada böyük nüfuz qazanmışdır. Ölkədə mütərəqqi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu işi davam etdirilir və qanunun aliliyinin, məhkəmələrə pulsuz müraciətin və ədalətli mühakimənin təmin edilməsi üçün hüququ islahatlar həyata keçirilir. Sizin səylərinizi yüksək qiymətləndirərək məhkəmə xidməti sahəsinin müasirləşdirilməsi məsələsində Azərbaycan ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk.
Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının tərəqqisi və xalqın rifahının yüksəlməsi işində Sizə uğurlar arzu edirik”.