Məktəblilər üçün nəzərdə tutulan gündəliklərin sifarişi Təhsil Nazirliyi tərəfindən aparılmır.
Nazirlik gündəliklərin çapı ilə bağlı yalnız tövsiyə verə bilər.
ERtv xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov gündəliklərin üzərində reklamların çap olunmasına münasibət bildirərkən qeyd edib.
O bildirib ki, gündəliklərə və ümumiyyətlə çap məhsullarına dair uyğun standartlar var və onlar həmin standartlara cavab verməlidir.
Nazir müavini qeyd edib ki, hər hansı nəşriyyat gündəliklərin üzərində nəzərdə tutulmayan materiallar çap edirsə, Təhsil Nazirliyi olaraq bu tipli materialların olmamasını tövsiyə edə bilərik.
“Gündəliklərdə və digər tədrisə aid materiallarda tədrisə aid məsələlər olmalıdır”.
Nazir müavini bununla belə qeyd edib ki, hər hansı müraciət olduqda müraciətə baxılaraq, müvafiq addımlar atılacaq.