Xəbərlər

Məşhur aktyorun ölümü ilə bağlı 8 şübhəli fakt
04 dekabr, 2013 17:19

Məşhur aktyor, “Forsaj” filmlərinin qəhrəmanı Pol Uolkerin avtomobil qəzasında vəfat etməsi ətrafında yeni xəbərlər yayılıb.

ERtv Axşam.az-a istinadən xəbər verir ki, aktyorun ölmədiyi, baş verənlərin isə gələn ilin yayında təqdim ediləcək “Forsaj 7” filmi üçün qurulan ssenari olduğu ehtimal edilir.

Uolkerin ölmədiyini əsaslandıran 8 iddia var:

Qəza baş verdiyi yolun genişliyi. Təcrübəli sürücünün belə yolda qəzaya uğraması şübhə yaradır.

Qəza gecə baş verib, amma xilasedicilər hadisə yerinə səhər gəlib. Los-Anceles kimi şəhərdə belə hal yolverilməzdir.

Olduqca nazik gövdəli ağaca dəyən polad materiallı “Porsche” avtomobilinin çilik-çilik olması ağlabatan deyil.

Qəza yerindən çıxarılan meyit fotosu yoxdur. Ümumiyyətlə, aktyorun hadisə ilə bağlı heç bir şəkli mövcud deyil.

Qəzayla bağlı video görüntü yoxdur. Demək olar, hər yerdə kameraların olduğu ABŞ-da, mərkəzi yollardan birində yaşanan qəzanın görüntüləri olmalı idi.

Avtomobil yanıb külə dönsə də, arxa təkərlərə ciddi zərər dəyməyib.

Amerika vətəndaşı bu gün Poulu gördüyünü iddia edib.

Aktyorun internetdə paylaşılan saxta fotosu. Sosial şəbəkələrdə yayılan bu fotonun Poul Uolkerə aid olduğu deyilsə də, onun saxta olduğu görünür.

Qeyd edək ki, dekabrın 1-də Pol Uolker və daha bir nəfərin olduğu “Porsche” markalı avtomobil Los-Ancelesin şimalında ağaca dəyib və nəticədə maşın yanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.