Səfir: “Azərbaycanlı iş adamları böyük əzmlə İraq bazarına daxil olurlar”
04 dekabr, 2013 17:17
Hazırda Azərbaycanda 20-yə yaxın İraq müəssisəsi fəaliyyət göstərir.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə İraq-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında İraqın Azərbaycandakı səfiri Heydər Şiya Əl-Barrak bildirib.
O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi yüksələn xətlə inkişaf edir və bundan sonra da əlaqələrimiz canlansa bu göstəricilər daha böyük olacaq:
“İki ölkə arasında bir sıra sahələrdə də əməkdaşlıq mövcud ola bilər. Azərbaycanlı iş adamları böyük əzmlə İraq bazarına daxil olurlar. Statistika göstərir ki, İraqa daxil olmaq üçün səfirlik tərəfindən 50-100 nəfər sahibkara viza verilir. Həmçinin minlərlə insan Azərbaycandan İraqın müqəddəs yerlərinə ziyarətə gedir”.