Xəbərlər

“Schlumberger” şirkətinin mütəxəssisləri Bakı Ali Neft Məktəbində təqdimat keçiriblər
04 dekabr, 2013 17:16

“Schlumberger” şirkətinin Rusiya və Mərkəzi Asiya regionunun kadrlar üzrə vitse-prezidenti Aydın Kərimov və Azərbaycan üzrə kadrlar şöbəsinin rəhbəri Səbinə Tağıyeva Bakı Ali Neft Məktəbində olublar.

ERtv xəbər verir ki, rektor Elmar Qasımov onlara Bakı Ali Neft Məktəbinin fəaliyyəti barədə məlumat verib.

O, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında ən müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyini, qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərin Ali Məktəbə müstəsna maraq göstərdiyini, 2012-ci ildə tələbələrdən 11, 2013-cü ildə 15 nəfərinin Prezident təqaüdünə layiq görüldüyünü, 2013-cü ildə yeni “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına tələbə qəbulunun həyata keçirildiyini qeyd edib.

Görüşdə “Schlumberger” şirkətinin Rusiya və Mərkəzi Asiya regionunun kadrlar üzrə vitse-prezidenti Aydın Kərimov şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini və əsasən qazma və hasilat problemlərinin həllində iri şirkətlərlə əməkdaşlıq etdiyini bildirmiş və şirkətin kadr siyasəti haqqında məlumat verib.

Görüşdə Bakı Ali Neft Məktəbi ilə “Schlumberger” şirkəti arasında gələcək əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər müzakirə olunub və şirkətin müxtəlif təyinatlı proqram təminatının tədrisdə istifadə edilməsi haqqında razılıq əldə edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.