“Yuventus”un oyununa 12 min uşaq gəldi
02 dekabr, 2013 22:05
İtaliya futbol çempionatının 14-cü turu çərçivəsində baş tutan “Yuventus” - “Udineze” matçı zamanı maraqlı hadisə yaşanıb.
ERtv xarici mətbuata istinadən xəbər verir ki, azarkeş dəstəyindən məhrum edilən “Yuventus”un boş qalmış tribunalarını 12 min 200 məktəbli uşaq doldurub.
Uşaqlar klubun atributları ilə təchiz ediliblər və üzlərini “Yuve”nin rəngləri ilə boyayıblar. Uşaqların stadiona gəlişi “Qoca Senyora”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, şimal və cənub tribunaları 12-ci tur çərçivəsində “Napoli”yə qarşı oyun zamanı fanatların özlərini qeyri-məqbul aparması səbəbindən cəzalandırılıb.