Yüksək Texnologiyalar Parkının tikintisinin dizaynı üçün 8 şirkətlə danışıqlar aparılır
02 dekabr, 2013 21:57
Yüksək Texnologiyalar Parkının yerləşəcəyi ərazinin texniki şərtlərinin alınması üçün işlər aparılır.
Bu barəda ERtv-yə Yüksək Texnologiyalar Parkının ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zamin Nurəhmədov bildirib.
Onun sözlərinə görə, həmçinin pilot layihələr həyata keçirilir. O qeyd edib ki, tikinti dizayn işləri hazır olduqdan sonra tikinti işlərinə başlanılacaq.
Z.Məmmədov bildirib ki, Parkın tikintisinin texniki şərtlərini həyata keçirmək üçün 8 məsləhətçi şirkətlə danışıqlar aparılır.O, bu şirkətlərin həm yerli, həm də xarici şirkətlər olduğunu qeyd edib.
Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı Pirallahı rayonu ərazisində salınacaq.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı