Bakıda İtaliya şərablarının təqdimatı olacaq
01 dekabr, 2013 19:03
Dekabrın 2-3-də Bakıda İtaliya səfirliyinin təşkilatçılığı ilə bu ölkənin şərablarının dequstasiyası ilə bağlı seminar keçiriləcək.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə İtaliyanın Frulli-Venesiya Culiya regionunun şirkətlərində istehsal edilən şərabların təqdimatı olacaq.
Təqdimatda “Cantarutti”, ”Castello di Buttrio”, “Castellodi Spessa”, “Colutta”, “Ermacora”, “İl Carpino”, “le Tenute”, “Livon” və “Luisa” şirkətlərinin istehsal etdiyi şərablar haqqında məlumat veriləcək.
Qeyd edək ki, adı çəkilən şirkətlərdə şərabların istehsalı zamanı kimyəvi maddələrdən istifadə olunmur. Öz dadı və ətri ilə fərqlənən Frilli-Venesiya Culiya şərabları İtaliyada, Avropada və digər ölkələrdə satılır.