Azərbaycanlı rejissorların filmləri XIV Beynəlxalq Tbilisi film festivalında təqdim olunacaq
01 dekabr, 2013 19:00
Azərbaycanlı rejissorların filmləri XIV Tbilisi Beynəlxalq film festivalında təqdim olunacaqdır.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, festival dekabrın 2-dən 8-dək keçiriləcəkdir.
Gənc rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun” tammetrajlı bədii filmi festivalın “Beynəlxalq müsabiqə” kateqoriyasında, Ayaz Salayevin “Ağ-qara gecələr” filmi isə “Sərhədsiz film” kateqoriyasında təqdim ediləcəkdir.