Dekabrın 2-dən 8-dək Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçiriləcəkdir.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, sessiya çərçivəsində dekabrın 1-də “JW Marriott Absheron” hotelində qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT forumu təşkil olunmuşdur.
Forumda 150-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatının, eləcə də “Azərbaycan Xalçaçıları” və “Musiqi Dünyası” ictimai birliklərinin nümayəndələri iştirak edirlər. Forum qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatlarının rolunun aktivləşdirilməsi və onların beynəlxalq əməkdaşlığa töhfə verməsi baxımından böyük əhəmiyyətə malikdir.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə 2003-cü il Konvensiyasının katibliyindən Elena Drobna tədbir iştirakçılarını salamlayaraq sabahdan etibarən Bakıda keçiriləcək UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının əhəmiyyətindən, burada qəbul ediləcək qərarların vacibliyindən danışmışdır.
“Traditions pour Demain” QHT-nin Forum üzrə nümayəndəsi Dieqo Qradis Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında müzakirə olunacaq məsələlərdən, gözlənilən nəticələrdən danışmışdır. Tədbir iştirakçılarının diqqətini QHT-lərin roluna yönəldən natiq müvafiq məsələlərin müzakirəsində qeyri-hökumət təşkilatlarının iştirakının vacibliyindən söhbət açmış, onların bu məsələdə fəallıq göstərəcəyinə əminliyini ifadə etmişdir.
Daha sonra “Tapis plein” QHT-nin Forum üzrə nümayəndəsi Jorijn Neyrinckin “QHT və UNESCO-nun 2003-cü il Konvensiyası” mövzusunda çıxışı dinlənilmişdir. O, sessiyanın gündəliyində QHT-lərlə bağlı yer alan əsas məsələlər barədə məlumat vermişdir
Qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT Forumunda bir sıra təqdimatlar da edilmişdir.
Hindistandan xanım Ananiya Bhattaçariyanın “Qeyri-maddi irsin qorunmasında insan kapitalına investisiya qoyulması mədəniyyətin və inkişafın birliyi kimi”, Kanadadan qeyri-maddi mədəniyyət üzrə Kvebek şurasının təmsilçisi Antuan Qotye “Qeyri-maddi irsin ölçülməsi”, Koreya Respublikasından qeyri-maddi mədəni irs üzrə şəbəkənin nümayəndəsi xanım Sumi Nam “QHT-lər dövlət və cəmiyyət arasında informasiya və kommunikasiya mübadiləsinin əlaqələndiricisi kimi” mövzularında təqdimatlar etmişlər.
Təqdimatlarda müvafiq QHT-lərin təcrübələri diqqətə çatdırılmış, bu sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.
Sonra təqdimatlar ətrafında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.
Foruma interaktiv qoşulmaq da mümkündür.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı