"Forsaj"ın ulduzu Pol Uoker yol qəzasında həlak olub
01 dekabr, 2013 18:56
"Forsaj" filminin qəhrəmanı amerikalı aktyor Pol Uoker Los Ancels yaxınlığında qəzaya uğrayaraq həlak olub.
ERtv xarici mətbuata istinadən xəbər verir ki, aktyorun 40 yaşı var idi.
Aktyorun sərnişin oturacağında əyləşdiyi Porsche avtomobili ağaca çırpılıb və alovlanıb. Sükan arxasında isə onun dostu olub.
"Ürək ağrısı ilə bildiririk ki Pol Uoker yol qəzasında həlak olub. Aktyor özünün Reach Out Worldwid xeyriyyə təşkilatının tədbirindən qayıdarkən qəzaya uğrayıb", deyə aktyorun Facebook səhifəsində yayılıb.