Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
ERtv xəbər verir ki, ötən gecə E, F, G və H qruplarında qarşılaşmalar keçirilib.
İspaniyanın “Atletiko” klubu Rusiyada “Zenit”in qonağı olub. Qrupdakı oyunların hamısında qalib gələn Madrid təmsilçisi bu dəfə büdrəyib. İspanlar evdə 3:1 hesabı ilə üstələdiyi rəqibi ilə 1:1 bərabərə qalıb.
Bundan başqa “Arsenal” evdə “Marsel”i, Dortmund “Borussiya”sı da “Napoli”ni məğlub edib.
Gecənin sürprizi isə “Barselona” və “Çelsi”nin məğlubiyyətləri hesab edilər bilər:
Qeyd edək ki, ÇL-də V turun oyunları bu gün keçiriləcək 8 qarşılaşma ilə yekunlaşacaq.
Dünən keçirilən qarşılaşmaların bütün nəticələrini təqdim edirik:
E qrupu
“Bazel” (İsveçrə) - “Çelsi” (İngiltərə) - 1:0
QOL: Salah, 87
“Styaua” (Rumıniya) - “Şalke” (Almaniya) - 0:0
F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - “Napoli” (İtaliya) - 3:1
QOL: Reus, 10 (pen), Blaşikovski, 60, Aubameyaq, 78 - İnsiqne, 71
“Arsenal” (İngiltərə) - “Marsel” (Fransa) - 2:0
QOL: Vilşere, 1, 65
G qrupu
“Zenit” (Rusiya) – “Atletiko” (İspaniya) - 1:1
QOL: Alderveyreld, 74 (avtoqol) - Adrian, 53
“Porto” (Portuqaliya) – “Austriya” (Avstriya) - 1:1
QOL: Martines, 48 - Kyenast, 11
H qrupu
“Ayaks” (Hollandiya) - “Barselona” (İspaniya) - 2:1
QOL: Serero, 19, Hoesen, 41 - Hernandes, 49 (pen)
Qırmızı vərəqə: Veltman, 48 (“Ayaks”)
“Seltik” (Şotlandiya) - “Milan” (İtaliya) - 0:3
QOL: Kaka, 13, Zapata, 49, Balotelli, 60