Xəbərlər

Noyabr ayı üzrə əmək pensiyalarının maliyyələşməsi vaxtından əvvəl başa çatdırılıb
27 noyabr, 2013 14:39

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) noyabr ayı üzrə əmək pensiyalarının maliyyələşməsini vaxtından əvvəl başa çatdırıb.

ERtv-nin verdiyi xəbərə görə, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi noyabr ayının 25-i tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.

Ümumilikdə cari ilin 10 ayı ərzində DSMF-yə  daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 10 ay ərzində fondun gəlirləri 2 milyard 208 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4 faiz və ya 83 milyon manat çoxdur. Sosial sığorta gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 1 milyard 253 milyon manata çatıb. Daxilolmaların 57 faizi və ya 796 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,6 faiz və ya 107 milyon manat çox olmaqla proqnozun 115 faiz icra edildiyini göstərir.

Cari ilin 10 ayı ərzində fondun xərcləri 2 milyard 119 milyon manat olub və bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Bu dövrdə Azərbaycan prezidentinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 2 sərəncamı uğurla icra olunub. Nəticədə əmək pensiyalarının orta aylıq məbləği 170 manata, minimum məbləği 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 45 faizə çatdırılıb.

2013-cü ilin oktyabrın 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 274 342 nəfər təşkil edir. Cəmi əmək pensiyası alan şəxslərin 39,5 faizi kişilərdən, 60,5 faizi isə qadınlardan ibarətdir. Onlardan 62,2 faizi yaşa görə, 27,1 faizi əlilliyə gərə, 10,7 faizi ailə başçısını itirməyə görə əmək pensiyası alır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.