Azərbaycanlılar İstanbulda 1 milyon dollarlıq telefonla yaxalandılar
27 noyabr, 2013 14:38
Türkiyənin gömrük orqanları İstanbul hava limanı vasitəsilə dəyəri 1 milyon dollar olan ən son model mobil telefonların qanunsuz daşınmasının qarşısını alıblar.
ERtv Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Atatürk adına beynəlxalq aeroportunda 2 min mobil telefon ələ keçirilib.
Dörd nəfər saxlanılıb, onlardan üçü Azərbaycan vətəndaşıdır. Saxlanılanlara qarşı “qaçaqmalçılıq” maddəsi üzrə cinayət işi qaldırılıb.