Xəbərlər

Musa Quliyev: “Parlamentdə deputat yerlərinin artırılmasına ehtiyac duyulur”
25 noyabr, 2013 11:35

Parlamentdə deputat yerlərinin sayının artırılması məsələsini müzakirə etmək olar.

Bunu ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili Musa Quliyev parlamentdə deputat yerlərinin sayının artırılması yönündəki fikirlərə münasibətini bildirərkən dilə gətirib.

Millət vəkilinin dediyinə görə, başqa, xüsusilə, yaxın qonşu ölkələrlə müqayisədə Azərbaycanda da əlavə deputat yerlərinin sayının artırılmasına ehtiyac duyulur.

M.Quliyev eyni zamanda bildirib ki, 2009-cu ildə Konstitusiyaya edilən son dəyişikliklərə görə, 40 min seçicinin birləşərək, qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ da həmin ali qanunvericilik sənədində öz əksini tapıb.

“Bununla yanaşı, Azərbaycanın son illər əhalisi xeyli artıb. Məsələn, 1995-ci ildə ilk Konstitusiya qəbul edilərkən 125 deputat yeri məqbul sayıldı, ancaq 95-ci illə ötən dövrü müqayisə edəndə, o zaman Azərbaycanın əhalisi indikindən təxminən 1 milyon nəfər az olub. İndi o 1 milyon nəfər artıbsa, onların vəkillərinin də sayı artmalıdır. Ən azı 30-40 min adamı təmsil edən bir deputat olmalıdır.

Müqayisə edəndə həm də görürsən ki, qonşu ölkələrdə təmsilçilik hüququ daha az əhaliyə, seçiciyə verilir. Tutaq ki, 20 minə. Bu baxımdan, gələcəkdə bu məsələyə baxmaq olar. Yəni, daha çox yox, az qrup seçicini, bir bölgəni bir neçə deputatın parlamentdə təmsil etməsi, icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında əlaqənin daha intensiv və işgüzar olması baxımından hesab edirəm ki, deputat yerlərinin sayının artırılması məsələsini müzakirə etmək olar.

Amma bir şərtlə ki, Konstitusiyaya yenidən dəyişikliklər gündəmə gələrsə” - deyə, millət vəkili sözlərinə əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.