Ukrayna müxalifəti Kiyevin Avropa meydanında Avropa İttifaqı ilə assosasiya razılaşmasını dəstək mitinqinə 30 minə yaxın adam yığıb.
ERtv-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Ukraynanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda paytaxtın mərkəzinə ümumi olaraq, 50 min adamın yığıldığı bildirilir.
“Ümumi olaraq, 50 min adam, Avropa meydanındakı mitinqdə isə 30 minə qədər adam iştirak edib”, - deyə mətbuat xidmətindən bildirilib.
Asayişin qorunmasını isə 3 minə yaxın DİN əməkdaşı təmin edib. Nazirlər Kabinetinin yaxınlığında keçirilən dinc mitinqin iştirakçıları bir neçə dəfə Hökumət Evinə girməyə cəhd ediblər, lakin “Berkut” xüsusi bölməsinin əməkdaşları onları dəyənək və gözyaşardıcı qazla qarşılayıb.