Fransada islamofobiya aktları 2013-cü ilin doqquz ayı ərzində 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz artıb.
ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Parisdə nəşr olunan “ Observatuarr” jurnalı məlumat yayıb.
Məlumatda bildirilir ki, cari ilin yanvar-sentyabr aylarında müsəlmanlara qarşı 157 hadisə qeydə alınıb.
Müsəlmanlara qarşı yolverilməz hərəkətlər daha çox Reyms şəhərində, Paris ətrafındakı Arjentöy və Trappe yaşayış qəsəbələrində baş verib.
Məlumatda, həmçinin islamofobiya halları ilə bağlı rəqəmin polisə müraciətlər əsasında qeydə alınmış rəsmi rəqəmlər olduğu diqqətə çatdırılır. Əksər hallarda hücuma məruz qalanlar polisə müraciət etməkdən çəkinib.
İslamofobiya aktlarının, müsəlmanlara qarşı nifrət hisslərinin daha çox internet vasitəsilə yayıldığı məlumatda öz əksini tapıb.