Xəbərlər

İlham Əliyevə “Mətbuatın dostu” mükafatı təqdim edilib
24 noyabr, 2013 11:28

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdimat mərasimi olmuşdur.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, “RUH” Jurnalistləri Müdafiə Komitəsinin media nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” seçilmişdir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlətimizin başçısını “Jurnalistlərin dostu” nominasiyasında qalib olduğu üçün təbrik etmişdir. O, Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışmış, bəzi problemlərə toxunmuşdur.

“Jurnalistlərin dostu” mükafatı Prezident İlham Əliyevə təqdim edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkədə görülən işlərdən, aparılan islahatlardan danışmışdır. Dövlətimizin başçısı Azərbaycanda demokratik dəyərlərin, azad söz və medianın mövcud olduğunu qeyd etmişdir. Prezident İlham Əliyev demişdir ki, Azərbaycanda azad media vardır və biz onun daha da inkişaf etməsində maraqlıyıq.

Prezident Azərbaycan mediasının inkişafı üçün bundan sonra da dövlətin daim diqqət göstərəcəyini vurğulamışdır.

Mətbuatla bağlı çıxışlarda səsləndirilmiş problemlərə münasibət bildirən dövlətimizin başçısı Azərbaycanda mediaya qarşı siyasi ayrı-seçkiliyin olmadığını demişdir.
Azərbaycan Prezidenti medianın gənclərin vətənpərvər ruhda yetişməsində, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, ölkənin informasiya blokadasından çıxmasındakı xidmətlərindən də danışmışdır.

Dövlətimizin başçısı bəzi hallarda Azərbaycana qarşı “qara piar” kampaniyası aparıldığını, medianın bu məsələyə həssas yanaşmasının vacibliyini də vurğulamışdır.

Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynov, Milli Məclisin deputatı Aqil Abbas, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, qocaman jurnalist Yusif Kərimov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışlarında Azərbaycan Prezidentini təbrik etmiş, medianın inkişafı ilə bağlı fikirlərini söyləmişlər.

Azərbaycan Prezidenti ikinci dəfədir ki, “Jurnalistlərin dostu” mükafatına layiq görülür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.