İran əməkdaşının Azərbaycandan çıxarılması ilə bağlı izahat istəyir
25 noyabr, 2013 13:28
İranın Azərbaycandakı səfirliyi əməkdaşının respublika ərazisindən çıxarılması ilə bağlı Azərbaycan tərəfinə müraciət edib.
ERtv səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, İran tərəfi öz müraciətində İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə şöbəsinin rəhbəri Əhməd Əhmədzadənin ölkədən çıxarılması ilə bağlı izahat istəyir.
“Bu mövzu ilə bağlı ətraflı məlumat sonra veriləcək”, - deyə səfirlikdən bildiriblər.