Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Tsuquo Takahaşini qəbul edib.
ERtv XİN-in rəsmi saytına istinadən xəbər verir ki, səfir Tsuquo Takahaşi etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Nazir Tsuquo Takahaşini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq, parlamentlərarası təmaslar və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub və iqtisadi əlaqələrin daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.