Suriya qiyamçıları “İslam cəbhəsində” birləşirlər
23 noyabr, 2013 23:44
Suriyadakı 7 əsas islam qruplaşması hökumət qüvvələri ilə mübarizəni aktivləşdirmək üçün bir cəbhədə birləşmək qərarı veriblər.
ERtv-nin BBC Russian-a istinadən verdiyi xəbərə görə, öz videomüraciətlərində qiyamçılar bəyan ediblər ki, birləşmə“İslam cəbhəsi” adlandırılacaq.
Burada ilk dəfə olaraq “Suriyanın azad olunmasında İslam cəbhəsi” və “Suriya İslam cəbhəsi”nin təmsilçiləri birləşəcəklər. Yeni yaradılacaq idarə strukturuna bütün 7 qruplaşmanın liderləri daxil olacaq.
Bazar ertəsi Suriyada qiyamçıların liderlərindən biri Əbdül Qədir Saleh dünyasını dəyişib. Bundan bir müddət əvvəl o, hökumət qüvvələri tərəfindən hava hücumu nəticəsindəyaralanmışdı.