Yanvar-oktyabr ayları ərzində Azərbaycan MDB ölkələri ilə 3 mlrd. 342 mln. 616 min dollar həcmində ticarət əməliyyatı həyata keçirib.
ERtv-nin Dövlət Görük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20%-dən çox artım deməkdir.
Ticarət əməliyyatlarının 1 mlrd. 208 mln. 930 min dolları Azərbaycandan ixracın, 2 mlrd. 133 mln. 686 min dolları isə həmin ölkələrdən Azərbaycana idxalın payına düşür.
Yanvar-oktyabr ayları ərzində Azərbaycandan MDB ölkələrinə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 28,9% , həmin ölkələrdən Azərbaycana idxal isə 15,5% artıb.
Qeyd edək ki, yanvar-oktyabr ayları ərzində Azərbaycanın cəmi ticarət əməliyyatlarının həcmi 28 mlrd. 798 mln. 625 min dollar təşkil edib. Bunun da 8 mlrd. 877 mln. 295 min dolları idxal, 19 mlrd. 921 mln. 329 min dolları isə ixrac əməliyyatlarının payına düşüb.