Azərbaycan-İspaniya Ticarət Palatası yaradılacaq
23 noyabr, 2013 23:42
Azərbaycanın İspaniyadakı Səfirliyi tərəfindən Azərbaycan-İspaniya Ticarət Palatasının yaradılması təşəbbüsü irəli sürülüb.
ERtv-nin verdiyi xəbərə görə, hazırda səfirlik tərəfindən həmin palatanın təsis edilməsi və davamlı olaraq fəaliyyət göstərməsi potensialı öyrənilir.
Palatanın vəzifələri iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, ispan şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakının təşviqi, Azərbaycan məhsullarının ispan bazarına çıxarılması, qarşılıqlı biznes forumların, ticarət və sərmayə missiyalarının həyata keçirilməsi və iki ölkə əməkdaşlığın inkişafına xidmət edəcək digər tədbirlərin həyata keçirilməsindən ibarət olacaq.