Xəbərlər

Braziliyadakı mundialda hakimlər üçün yeni üsul tətbiq edəcəklər
21 noyabr, 2013 11:35

Dünya Çempionatında hakimlər yeni üsuldan istifadə edəcəklər.

ERtv xəbər verir ki, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında referilər xüsusi spreylərdən istifadə edəcək.

FİFA Hakimlər Komitəsinin sədri Massimo Buzakka məlumat verib ki, baş hakimlər cərimə zərbələrinin yerinə yetirilmə nöqtələrini və canlı səddin dayanmalı olduğu yerləri göstərmək üçün spreydən istifadə edəcəklər.

Onun sözlərinə görə, bu, əlavə mübahisələrin qarşısını alacaq:

“Bunun işin xeyrinə olacağını düşünürük. Araşdırma apardıq və məlum oldu ki, futbolçuların əksəriyyəti canlı səddin təşkili zamanı qaydalar riayət etmirlər. Təəssüf ki, bir çox hallarda bu kimi hallar referinin diqqətindən yayınır və futbolçular layiq olduqları sarı vərəqə ilə cəzalandırılmırlar”.

Buzakka sözlərinə əlavə edib ki, spreyi əvvəlcə klublararası dünya çempionatında sınaqdan keçiriləcək və bundan sonra bu metoddan FİFA bayrağı altında keçiriləcək digər turnirlərdə, eləcə də, DÇ-2014-də istifadə olunacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.