Azərbaycan futbolçusu Ərsun Yanalın diqqətini cəlb edib
21 noyabr, 2013 11:34
Türkiyənin “Fənərbaxça” klubunun gənclərdən ibarət komandasının (U-19) rənglərini müdafiə edən Mirkamil Həşimov əsas komandanın baş məşqçisi Ərsun Yanalın diqqətini cəlb edib.
ERtv Türkiyə klubunun saytına istinadən xəbər verir ki, M.Həşimov gənclər komandasının bir neçə futbolçusu ilə bərabər əsas komanda ilə məşq etmək şansı qazanıb.
Xatırladaq ki, Mirkamil Həşimov Azərbaycanın gənclər yığmasının (U-19) futbolçusudur.